|
Bu gün Türkiyənin ana müxalifət partiyası özünün növbədənkənar qurultayını keçirirdi.
İndiki sədr Kılıcdaroğluna qarşı onun müavinlərindən olan Muharrem İnce yarışırdı.
Teleqraf.az Musavat.com-a istinadən xəbər verir ki, səsvermə nəticəsində 740 səs ilə Kemal Kılıçdaroğlu yeniden genel başkanlığa seçilib. Muharrem İNCE ise 415 səs alıb.
Buradakı birgə fotolara baxmayaraq, Muharrem İnce bu nəticələri "basqı və qorxunun" nəticəsi sayıb. O, deyib ki, necə olur, onun namizədliyi üçün 944 imza toplandığı halda, verilən səslərin sayı 415 olub. İncə əmindir ki, qurultay nümayəndələrinə təsir olub.
"Buna baxmayaraq, partiyanı tərk etməyəcəm. Mən 14 yaşından bu partiyadayam, indi də onun əsgəri olaraq, qalıram ".
M. İnce daha sonra tribunada yekun sözü deyib. Kılıcdaroğluna "daha rəqibim yox, genel başqanımdır", söyləyib. Deyib ki, əl-ələ verib, T. Ərdoğanın faşist rejimini bir yerdə yıxacağıq.