Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Ağsu şəhər sakini Nazim Dursunalıyevin İsmayıllı rayonunun Basqal kəndində işlədiyi “Nazimoğlu” istirahət mərkəzində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Həmin İstirahət mərkəzi haqqında Teleqraf.az-a maraqlı məlumat daxil olub.
Verilən məlumata görə “ Nazimoğlu” istirahət mərkəzinin sahibi Azərbaycanın tanınmış şairlərindən olan,”Real Press” qəzetinin baş redaktoru, 87saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olmuş Raqif Nazimoğluna məxsusdur. Məlumat verən şəxs onu da bildirib ki, Raqif Nazimoğlu ilə İsmayıllı rayon məmurlarının arası heç də yaxşı olmayıb. İsmayıllı rayonunun məmurlarının fəaliyyətləri haqqında Raqif Nazimoğlu dəfələrlə ölkə başçısıma müraciət edib. Bu da rayon rəhbərliyini narahat edirdi. Ola bilsin ki, bu "əməlyat" Raqif Nazimoğluna qarşı xüsusi düşünülən planın tərkib hissəsidir deyə mənbə qeyd edib.