|
Ümid partiyasının sədr müavini tanınmış jurnalist — iqtisadçı Razi Abasbəyli istefa verib.
Teleqraf.az-ın xəbərinə görə , bunu R.Abasbəyli özünün “facebook” profilində yazıb. Jurnalist istefası ilə bağlı arayışda təqdim edəcəyini bildirib.
Qeyd edək ki, bir neçə ay bundan öncə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin sərəncamı ilə Razi Abasbəyli partiyada büdcə və iqtisadi məsələlər üzrə sədrin müavini vəzifəsinə təyin edilmişdi.