|
Azərbaycan Rusiyaya qazın nəqlini yenidən dayandırıb.
virtualaz.org saytı “İnterfaksa” istinadən xəbər verir ki, Rusiyaya ixrac olunan Azərbaycan qazı təmir işləri ilə əlaqədar olaraq kəsilib.
Azərbaycan Dövlət Neft Şirkəti qaz verilişinin nə vaxt bərpa olunacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, qazın nəqli təmir işləri səbəbindən artıq ikinci dəfədir dayandırılır.