|
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boinq P-8 təyyarəsinin Xaynan adası yaxınlığında dövrə vurması Vaşinqton-Pekin gərginliyini artırıb.
Teleqraf.az xəbər verir ki, Çinin ingilisdilli “Qlobal Tayms” (“Global Times”) nəşri ABŞ təyyarəsinin əvvəlki kimi Çin sərhədinin yaxınlığında yerləşəcəyi və ÇXR-in maraqlarını tapdayacağı təqdirdə, iki ölkə arasındakı konflikt partlayışa çevrilə biləcəyini vurğulayıb. “Əgər maraqların kəsişdiyi Cənubi Çin dənizində münaqişə alovlanarsa, Çin və ABŞ arasında müharibə artıq həyat yox, ölüm uğrunda olacaq”, - “Qlobal Tayms” yazıb.
Nəşrin iddiasına görə, ABŞ hərbi təyyarəsinin irimiqyaslı kəşfiyyatı Çin-ABŞ hərbi münasibətlərinə zərbə vuran 3 amildən biridir. “Bu kəşfiyyat Çinin milli maraqlarına təhdiddir”, - yazan nəşr Boinq P-8-in Xaynan yaxınlığında mövcudluğuna “düşmənçilik aktı kimi baxmaq” lazım gəldiyini bildirib.
Xatırladaq ki, avqustun 23-də ABŞ Boinq P-8-in ÇXR sərhədinə yaxınlaşması səbəbindən qaldırılan Çin qırıcılarına qarşı öz qırıcılarını göndərmişdi. Çinin Müdafiə naziri Yan Yuytszyun bəyan etmişdi ki, ABŞ təyyarəsi Xaynanın 22 kilometrliyindən uçub. Bu səbəbdən Çin qırıcıları Bainq 8-ə doğru havaya qaldırılıb.
Qeyd edək ki, Cənubi Çin dənizində mübahisəli ərazilər var. Çin dənizin əsas neft və qaz, həmçinin balıq ehtiyatları olan 90 faizinə iddialıdır.