|
Çin Kerçensk boğazında körpü tikintisində iştirak etməyəcək.
Teleqraf.az Rusiya mediasına əsasən bildirir ki, Vladimir Putinin Çinə səfəri zamanı imzalanan təxminən əlliyə yaxın rəsmi sənədin siyahısınnda bir dəfə də olsa körpü barədə xatırlanmır. Həmçinin Moskva qazın qiymətlərində Çinlə razılığa gəlməyib. Tərəflər etiraf edirlər ki, danışıqlar final mərhələsindədir, lakin qiymətlər barədə fikir birliyi hələ ki yoxdur.