|
“18 oktyabr dövlət müstəqilliyimizin bərpasının 25 -ci ildönümüdür. Elçibəyin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) fədakar üzvləri təşkilatlanmış halda xalqımızın Azadlıq hərəkatına rəhbərlik etməyi bacardı”. Teleqraf.az xəbər verir ki, Bu sözləri KXCP sədrinin müavini Xəzər Teyyublu özünün feysbuk səhifəsində 18 oktyabr Dövlət Müstəqilliyimizin bərpası ilə bağlı yazdığı statusta bildirib.
“18 oktyabr dövlət müstəqilliyimizin bərpasının 25 - ci ildönümüdür. Elçibəyin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsinin ( AXC ) fədakar üzvləri təşkilatlanmış halda xalqımızın Azadlıq hərəkatına rəhbərlik etməyi bacardı. İmperiyaya qarşı şərəfli mübarizə yolu keçdi. Repressiyalar təzyiqlər onları qorxutmadı. AXC- nin üzvləri Rəsulzadənin qurdugu Demokratik Cümhuriyyətin üçrəngli bayragını ölkənin bütün bölgələrində yenidən dalgalandırdılar. Məhz bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi.
Əziz dostlar bu münasibətlə bayramınız mübarək olsun !
Millət yolunda şəhidlərimizin, Rəsulzadənin və Elçibəyin ruhunu uca tuturuq. AXC-nin rəhbərliyini, o dövrdə İdarə Heyətinin üzvlərini , Parlamentdə Müstəqillik Aktına imza atmış Millət Vəkillərimizi, regionlarda, kənd və qəsəbələrimizdə, siyasi mühacirətdə yaşayanları, mübarizə tarixi yaratmış istiqlal fədailərini təbrik edirik . Dövlətçilik yolunda şərəfli yol keçən əqidəli, qəhrəman, demokrat AXC üzvlərini hörmətlə salamlayırıq.