|
Səhər saatlarında saxlanılan “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri sərbəst buraxılıb.
Teleqraf.az xəbər verir ki, bu barədə Missiya.Az-a Ş.Cəfərinin özü məlumat verib.
Qəzet rəhbəri bildirib ki, onun saxlanılmasına səbəb “Gündəm Xəbər” qəzetinin son sayında dərc olunmuş məqalə olub.
Təfərrüatları barədə daha sonra açıqlama verəcəyini deyən qəzet rəhbəri yaranmış anlaşılmazlığa artıq aydınlıq gətirildiyini bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ş.Cəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Cəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar.