|
Qazaxda keçmiş Müsavatçı icra başçısının qəzəbinə gəlib.
Teleqraf.az-a daxil olan məlumata görə, Qazax rayon RİH- nin başçısı Rəcəb Babaşov rayonun Dəmirçilər kənd sakinləri ilə görüş keçirib. Görüşdə qonşu Ürkməzli kəndindən olan köhnə musavatçı (2003-dən istefa edib) Elçin Xəlfəquluyev söz alaraq mövcud problemlərdən danışmaq istəyib. Ona söz verilməyəndə yerdən müdaxilə edib və bu da Rəcəb Babaşovun xoşuna gəlməyib, adamın kimliyi ilə maraqlanıb. Elçin Xəlfəquluyevin köhnə musavatçı olduğunu bildiriblər. Bundan sonra Rəcəb müəllim görüşdə iştirak edən polis rəisinə Elçin Xəlfəquluyevi həbs etməsi göstərişini verib. Beləliklə Elçin Xəlfəquluyev “dilinin bəlasına düşərək” həbs edilib. Yerli məhkəmə ona 10 sutka həbs kəsib. Qeyd edək ki, Elçin Xəlfəquluyev həm də diş həkimidir. Rayonda gəzən söz söhbətə görə onun işdən də çıxarıldığı bildirilir.