|
İngiltərədə sosial şəbəkə istifadəçiləri baş nazir olmağa hazırlaşan Tereza Mey ilə porno ulduz və model Tereza Meyi səhv salıb.
Axar.az xəbər verir ki, yüzlərlə təbrik mesajı alan model Tereza qarışıqlığın ardından açıqlama verərək baş nazir olmadığını deyib.
Profilində “İngilis bir modeldir, baş nazir deyil” şərhini yazan Mey “Bir çox adamın mənim baş nazir olacağımı düşünməsi olduqca gülüncdür. Bu vəziyyət nə qədər cahil insanların olduğunu göstərdi”, - deyib.
Xatırladaq ki, hazırki Baş nazir Devid Kemeron sabah vəzifəsindən ayrılaraq kreslosunu Mühafizəkarlar Partiyasının yeganə namizədi Tereza Meyə həvalə edəcək.