|
İŞİD terror təşkilatı Mosulda 19 kürd qızı hər kəsin gözü qarşısında edam edib.
Axar.az xəbər verir ki, bu barədə Kürdüstan Vətənpərvər İttifaqı məlumat yayıb.
Yerli fəal Abdulla əl Mallanın sözlərinə görə, terrorçular Mosuldakı meydanlarının birində 19 kürd qızını dəmir qəfəsin içinə salaraq hər kəsin gözü qarşısında diri-diri yandırıb.
“Onlar terrorçuların cariyələri olmaqdan imtina etdikləri üçün edam olundular. Heç kim onları xilas etmək üçün heç nə etmədi”, – Abdulla bildirib.