|
Silahlı Qüvvələrin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən TELEQRAF.AZ-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirməkdir. Həmçinin şəxsi heyətin bölmələrin tərkibində kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub.
Şəxsi heyətə ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıq, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları barədə məlumat verilib.
Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib. Onların fəaliyyəti yüksək qiymətləndirilib.