|
Pakistanın Pəncab vilayətində dəhşətli cinayət hadisəsi baş verib. Məktəb direkoru oğluna ərə getməkdən imtina edən müəlliməni yandırıb.
Hadisə mayın 31-də baş verib. 21 yaşlı Mariya Sadaqat Yaşadığı evdə 6 nəfərin, o cümlədən məktəb direktorunun hücumuna məruz qalıb.
Qadına bir neçə saat işgəncə verən şəxslər sonradan onun üzərinə kerosin tökərək yandırıblar.
Gənc müəllimə bədən səthinin 85%-lik yanığı ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınlarının iddalarına görə, Şövkət adlı məktəb direktorunun oğlu dəfələrlə müəlliməyə evlilik təklifi edib, lakin Mariya Sadaqat özündən 22 yaş böyük direkor oğlunu rədd edib.
Onun atası isə bundan qəzəblənərək müəlliməni əxlaqsızlıqda ittiham edib və əlaltıları ilə birlikdə onu öldürüb.
Məsələ ilə bağlı artıq 3 nəfər saxlanılıb (Modern.az).