|
Roma papası Fransiskin bacısı oğlu Xose İqnasio Berqolyo Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığında quldur hücumuna məruz qalıb.
"Report" xəbər verir ki, yerli "Clarin" nəşrinin məlumatına görə, iki quldur Xose Breqolyoya o öz avtomobilində San-Fernando və San-İsidoro arasındakı Böyük Buenos-Ayres aqlomerasiyası ilə gedərkən hücum ediblər.
"Onlar mənə tapança tuşlayaraq maşına oturdular və dediklərini etməyəcəyim təqdirdə məni bıçaqlayacaqları ilə hədələdilər", – deyə nəşr zərərçəkənin sözlərini siatat gətirib.
Canilər Xose Breqolyonu on məhəllə getməyə məbur ediblər, daha sonra isə onun üzərində olan bütün qiymətli əşyaları alıblar. Hətta onun üzərində olan xeyriyyə məqsədi ilə toplanmış pullar da oğurlanıb.