|
12 may 2016-cı ildə ATƏT Parlament Assembleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev baş katib Roberto Montella ilə görüşüb. Bu barədə Teleqraf.az-a ATƏT PA-nın Kopenhagendə yerləşən Beynəlxalq katibliyindən məlumat verilib (http://www.oscepa.org/parliamentary-diplomacy/visits-to-the-secretariat/2488-first-committee-vice-chair-guliyev-visits-international-secretariat-in-Copenhagen).
Məlumatda deyilir ki, “Bu həftə, yəni mayın 11-də Helsinkiyə səfər edərək ATƏT Parlament Assembleyasının Prezidenti İlkka Kanerva ilə görüşən Azay Quliyev, mayın 12-də isə Kopenhagenə gələrək baş katib Roberto Montella və Katibliyin əməkdaşları ilə ATƏT regionundakı problemlərin həllində Assembleyanın təsirinin artırılması ilə bağlı müzakirələr aparıb. Həmçinin, 5 iyun 2016-cı ildə keçmiş Yuqaslaviya Respublikasına daxil olan Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın seçki müşahidəsi missiyasının rəhbəri kimi Azay Quliyevə Katiblik tərəfindən bu ölkədəki ən son vəziyyətlə bağlı məlumat verilib.
Görüş zamanı həmçinin bu ay Assambleyanın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin Azərbaycana səfərinə hazırlıq və regiondakı hazırki vəziyyət, eləcədə Assambleyanın iyulun əvvəlində Tbilisidə keçiriləcək növbəti illik Sessiyasına hazırlıq barədə məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azay Quliyev ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013–cü ildə Assembleyanın İstanbulda keçirilən İllik Sessiyasında seçilib. A. Quliyev sonra iki dəfə təkrarən bu vəzifəyə seçilib. Azay Quliyev 2005-ci ildən ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvüdür və Assembleyanın Belorusiya, Gürcüstan, Rumıniya, Rusiya, Serbiya, Böyük Britaniya və Ukraynada seçki müşahidə missiyalarında iştirak edib.
-