|
Suriyada İŞİD qruplaşmasının tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlı mücahid öldürülüb.
Azvision.az -ın məlumatına görə, dünən axşam saatlarında Hələbin cənubunda Fətih ordusunun rəhbərliyi altında “Əhraruş Şam”, “Nüsrət Cəbhəsi”, “Ecnaduş Şam”, “Ceyüş-Sünnə”, “Ceyşül İslam” və “Fəlyakuş Şam” qruplarının birgə iştirakı ilə hərbi əməliyyatlar keçirilib.
Müxalif qüvvələrin tərkibində döyüşən iki qafqazlı İŞİD-çi əməliyyatlar zamanı həlak olub. Ölənlərdən biri Əbu Əli Azəri (Elşən) ləqəbli Azərbaycan vətəndaşıdır.
Əbu Əli Azərinin üç il öncə azərbaycanlı İŞİD-çi Rüstəm ƏsGərovla birlikdə Suriyaya getdiyi və orada bir qadınla evləndiyi bildirilib.
Həlak olan azərbaycanlı döyüşçünün Suriyalı qadından iki övladının olduğu qeyd edilib.