|
Ermənistan aprelin 2-də Azərbaycanla təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş əsgərini axtarır
Politika.Az xəbər verir ki, bu haqda İrəvandakı "Şant" telekanalına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Oqanesyan xəbər verib.
Mətbuat katibinin sözlərinə görə, aprelin 2-də baş vermiş hərbi əməliyyatlarda itkin düşmüş bir erməni hərbçisi hələ tapılmayıb. Onun axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə aparılır.
Arçrun Oqanesyan bildirib ki, 18 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.