|
G7 (böyük yeddilik) ölkələrinin xarici işlər nazirləri Xirosima şəhərini ziyarət ediblər.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bunu öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Con Kerri paylaşıb. O, 70 ildən sonra Xirosimanı ziyarət edən ilk ABŞ Dövlət katibi olduğuna görə fəxr etdiyini bildirib.
Qeyd edək ki, 1945-ci ildə ABŞ Yaponiyanın Xirosima şəhərinə nüvə bombası atıb. Məhz bunun nəticəsində Xirosima əhalisinin 60%-i (200000 nəfər) həlak olub. Məhz bu addımdan sonra Yaponiya İkinci Dünya Müharibəsində təslim olduğunu açıqlayıb.