|
Xəbər verdiyimiz kimi, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, təşkilatın idarə heyətinin,təşkilatın Ağsu şəhər şöbəsinin üzvləri cəbhə bölgəsində olub.
Təşkilat üzvləri Ağdam, Tərtər, Goranboy rayonlarında yerli sakinlər və hərbçilərlə görüşüb, həmçinin Lələtəpə yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə həlak olan, Ağdamın Xındırıstan kəndində dəfn edilən şəhid Pərvan Mehrəliyevin yas məclisində iştirak ediblər.
Teleqraf.az-ın redaktoru,QAT Ağsu şəhər şöbəsinin sədri Elşən Əlisoydan aldığımız məlumata görə Tərtərin Qapanlı kəndi ərazisində olarkən qəfildən düşmən ordusu ağr silahlardan,toplardan atəş açmağa başlayıb:"Mərmilərdən biri bizim lap yaxınlığımızda partladı. Bu zaman QAT İdarə Heyətinin üzvü Tahir Bayramov başından qəlpə yarası aldı. Əvvəlcə ona özümüz ilkin tibbi yardım göstərdik. Daha sonra isə hospitala apardıq, həkimlərimiz lazımi tibbi yardımıetdilər.Allaha Şükürlər olsun ki,yara çox ciddi olmadı.Bu səbəbdən həkimlər yaralıya bizimlə birgə Bakıya qayıtmasına razılıq verdilər. .
Qeyd edək ki, onu da dedi ki, 57 yaşlı T.Bayramov Ağdamda anadan olub, Qarabağ
döyüşçüsüdür.