|
Beynəlxalq Forumun nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
İşğala , Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlərə qatılıblar. Forum üzvləri martın 31-də Quba Soyqırımı Memorial Kompleksinə gələrək 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə Azərbaycan vətəndaşlarının xatirəsini yad ediblər. Çıxış edən Forum üzvləri Akif Nağı, Mehdi Mehdiyev, Soltan Əliyev, Radə Abbas, Akif Kərimov, Azər Həsrət, Emin Həsənli, Tahirə Məmmədova, Mətanət Əsgərqızı, Cəsarət Hüseynzadə, və digərləri bu faciələri unutmamaq, gənclərə hər zaman belə tarixləri öyrətməyin vacibliyini qeyd etdilər. O da xüsusi vurğulanıb ki, bu faciələrin qisası Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda zəfər yürüşlərinə başladığı zaman alınacaq. Forum təmsilçiləri millətimizə başsağlığı ver