|
Rusiya ərazisində qalma şərtlərini pozan azərbaycanlı miqrantların federasiyadan çıxarılması proseduru Sankt-Peterburqun "Pulkovo" hava limanından uçmalı olan reysdə ləngiməyə səbəb olub.
"Report" "Fontanka" portalına istinadən xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, "J2 020" saylı reys ilə saat 23.55-də Bakıya uçmalı olan AZAL-a məxsus təyyarə bir saat gecikmə ilə yola düşüb. Miqrantları Cəzaların İcrası Federal Xidmətinin əməkdaşlar müşayiət ediblər.
"Miqrantların mindirilməsi bir saat çəkib. Digər sərnişinlər təyyarədə gözləyiblər", – deyə oxucu bildirib.
"Pulkovo" aeroportunun online-tablosuna görə "A-319" təyyarəsi gecə saat 00.47-də havaya qalxıb.