|
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili görünüşü ilə hamını təəccübləndirib.
Teleqraf.az Axar.az –a istinadən xəbər verir ki, Dnepropetrovsk şəhərində keçirilən anti-korrupsiya forumunda çıxış edən Saakaşvili şalvarının ətəyi corabına salınmış halda kürsüyə çıxıb.
Fotolar forumun üzvü Dmitri Yanovski tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Xəbərə şərh yazan sosial şəbəkə istifadəçiləri zarafatla sabiq Gürcüstan prezidentinin foruma velosipedlə gəldiyini qeyd ediblər.