|
İranda milyard dollarlıq dələduzluqda təqsirləndirilən tanınmış iş adamı Babək Zəncaniyə edam hökmü verilib. Türkiyədə yaşayan Azərbaycan əsilli tanınmış iş adamı Rza Zərrabın ortağı olan B.Zəncani ilə yanaşı daha iki nəfər barəsində də məhkəmə ən ağır cəza verib.
Qeyd edək ki, B.Zəncani İran dövlətinə qarşı 2,8 milyard dollarlıq dələduzluqda ittiham edilib. O, 2013-cü ilin dekabr ayında həbs edilmişdi (lent.az)