|
Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib.
Bu barədə müsavat.com-a onun yaxınları məlumat verib. Bu gün səhər saatlarında qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirilən S.Həmidov bu gün axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Sərdar Həmidov fevralin 29-da saat 14:00-da Tərtərdə dəfn ediləcək.