|
Gəncədə oğurluq etdiyi üçün saxlanılan dəstə üzvlərinin başqa cinayət əməlləri də aşkarlanlb.
Daxili İşlər Nazirliyindən “Teleqraf.az-a” verilən məlumata görə, fevralın 12-də oğurluq etdiklərinə görə tutulmuş Vasif Namazovun, Vicahid Xəlilovun və Elçin Xeyirxəbərovun ətrafında axtarış aparılıb.
Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Göygöl RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Göygöl rayon sakinləri Xəqani Verdiyevə məxsus evdən 800 manat, Sona Əsgərovaya məxsus evdən 700 manat, 5000 manat dəyərində qızıl əşyalar və sənədlər oğurlamaları da müəyyən edilib.