|
Liviya ordusu döyüş nəticəsində ölkənin şərqində yerləşən Benqazi şəhəri yaxınlığındakı Mreysa limanını İŞİD terrorçularından azad edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Eram News portalı yayıb.
Xəbərdə bildirir ki, limanın böyük strateji mövqeyi var. Terroristlər bu liman vasitəsi ilə silah və hərbi sursat alıblar. Hücum üçün əmr bu gün səhər Hərbi Qüvvələrin baş komandiri Xəlifə Hərtar tərəfindən verilib. Əməliyyat nəticəsində İŞİD-in komandirlərindən biri məhv edilib.