|
Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb.
M. Hüseynovanın vəkili Vasif Mirzəyevin Lent.az-a verdiyi məlumata əsasən, məhkəmə Səbail rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.