“Gənc Demokratlar Hərəkatı”nın sədri Emin Bəşirli ilə yeni təşkilatın hədəfləri barəsində söhbət apardıq

-Emin bəy, Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının çətin vəziyyətdə olduğu vaxtda yeni hərəkatın yaranmağını nə dərəcədə zəruri hesab edirsiniz?

- Əslində təşkilat xeyli müddətdir yaranıb və ətrafımızda xeyli aktiv gənclər vardır. Mənə elə gəlir ki, hər hansı fəaliyyətlə məşğul olmaq mövcud situasiyayla deyil, qanuncvericiliyə uyğun olmaqla müəyyənləşə bilər. Bu mənada İctimai Birlik təsis etmək bizim konstirusion hüququmuzdur. Eyni zamanda biz demokratik toplum yaratmaqla bu prosesə qarşı çıxanlara mübarizliyimizi göstərərək demokratik prinsipləri təbliğ etmək niyyətindəyik.

- Sizcə, demokratik prinsiplərin təbliğinə nə dərəcədə ehtiyac var, yəni bu çatışmazlığı nədə görürsünüz?

- Azərbaycanda demokratik və azad seçkilərin olmaması, müstəqil mətbuatın olduqca zəif olması, televiziyaların hakimiyyətin əlində alət olması, Qeyri-Hökumət Təşkilatlarının sıradan çıxarılması, dini tolerantlığın olmaması, fikir müxtəlifliyinə qarşı hakimiyyətin dözümsüzlüyü, 100-ə yaxın siyasi məhbusun olması məncə olkədəki ictimai-siyasi vəziyyəti analiz etməyə imkan verir. Deməli, ölkədə alternativ fikir yoxdur və insan hüquqları kobud şəkildə pozulur. Bunu İntiqam Əliyevin, Rəsul Cəfərovun, Taleh Bağırzadənin, Taleh Xasməmmədovun, Xədicə İsmayılovanın və s. həbsdə olması ilə göstərmək olar. Eyni zamanda 1993-cü ildən başlayaraq Azərbaycanda azad və ədalətli seçkilər keçirilmir. Buna görə də gənc demokratların azad söz, azad vətəndaş cəmiyyəti, alternativ fikir fonunda formalaşmasına ciddi ehtiyac vardır.

- Emin bəy, fikirləriniz kifayət qədər hakimiyyətə qarşı sərtdir, bu durumda qeydiyyata alınacağınıza nə kimi ümid edirsiniz?

-Fikirlərim radikal deyil, sadəcə həqiqətdir. Əgər Ədliyyə Nazirliyi həqiqəti dediyimizə görə qeydiyyata almayacaqsa, biz başqa cür mübarizə aparacağıq. Biz onsuz da Azərbaycanın vəziyyəti barəsində gənclərə və ictimaiyyətə məlumatlar çatdırırıq. Azad iqtisadiyyatın, azad siyasi fəaliyyətin, azad sahibkarlığın, azad dini fəaliyyətin, azad həmkarlar ittifaqlarının, azad jurnalistikanın olması və bu istiqamətdə mübarizə aparmaq bu günkü gənclərin əsas hədəfi olmalıdır. Gənc Demokratlar hərəkatı bu ideyaları təbliğ edəcək və ölkədə reallaşması istiqamətində fəaliyyətlər həyata keçirəcəkdir. Siz də bizim fikirlərimizə yer verdiyinizə görə təşəkkürümüzü çatdırırıq.

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti