|
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, hədə-qorxuya məruz qalıb.
Teleqraf.az xəbər verir ki, bu barədə məlumatı sahibkar özünün Facebook hesabında yazıb. Onun sözlərinə görə, idarəyə 2015-ci ilin sentyabrında “Əli və Nino” ofisindən oğurlanan 13.216 manatla bağlı açılan işə görə çağırılıb. İdarədə isə ona qarşı tərbiyəsizlik edilib. Məsələ ilə bağlı N.Köçərlinin statusunu olduğu kimi təqdim edirik:
“2015-ci il sentyabrın 26-da “Əli və Nino”nun “Qanun” nəşrlər evində yerləşən ofisində oğurluq hadisəsi baş vermişdi. Naməlum şəxslər əməkdaşların əmək haqqı və nəşriyyatlara olan borcun yerləşdiyi seyfi (13216AZN) oğurlamışdılar. Bu, bizim üçün böyük məbləğdir və onun itməsi mənim üçün həm maddi, həm də mənəvi cəhətdən ağır zərbə oldu (Axı aydındır ki, cinayətkar seyfdə böyük miqdarda nağd pulun olmasından xəbərdar olub).