Qanqster keçmiş MTN şefi ilə nə danışdığını açıqlayacaqmı? 

Xəbər verildiyi kimi, DIN Baş Cinayət Axtarış Idarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun Ali Məhkəməyə müraciəti icraata götürülüb. Belə ki, H.Məmmədov "yeni açılmış hal” üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir.

Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq. Bu rəyin müsbət olacağı söylənilir və beləliklə də ömürlük həbs cəzası alan DIN Baş Cinayət Axtarış Idarəsinin keçmiş rəisi, "Hacı Məmmədov işi”nə görə ömürlük həbsdə yatan general-mayor Zakir Nəsirovun bəraət alması gözlənilir…

Indi hamı səbrsizliklə Hacı Məmmədoun növbəti məhkəmə şoularını gözləyir və onun yenidən ölkəni yerindən oynadan açıqlamalarla çıxış edəcəyi proqnozlaşdırılır.

Etiraf edək ki, Hacı Məmmədov sirr dağarcığı hesab olunur və bu üzdən də "Qara kəmər” əməliyyatından keçən 11 il ərzində MTN-nin keçmiş rəhbərliyi onu mümkün qədər qapalı şəraitdə saxlamağa nail olub. Digər tərəfdən, istənilən məmura qarşı istifadə edilməsi mümkün olan çoxdəflik istifadə vasitəsi hesab olunduğundan Hacı Məmmədov bu gün də aktuallığını qoruyub saxlayır. Əksinə, növbəti məhkəmə şoularında onun iki dodağının arasından çıxacaq sözlər kimlərisə azadlığa qovuşdura, kimlərisə zindana sala bildiyindən qanqster daha da matah persona statusundadır…

Moderator.az-a adının çəkilməsini istəməyən mötəbər mənbədən məlumat daxil olub ki, hələ rəsmən sonadək ifşa olunması ertələnən keçmiş MTN şefi Eldar Mahmudovla Hacı Məmmədovu özəl tellər bağlayırmış. Bu münasibətlərin təməli "Qara kəmər” əməliyyatından başlayıb və əməliyyat zamanı qandallanan Hacı Məmmədov birbaşa MTN təcridxanasına deyil, əvvəlcə Eldar Mahmudovun kabinetinə gətirilib və orada onunla Eldar Mahmudov arasında yarım saat təkbətək söhbət olub. Təbii ki, həmin söhbətin nədən ibarət olduğunu bir Allah bilir, bir də bu gün istəsə hüquq-mühafizə orqanlarının istintaq qrupları üzə çıxara bilərlər. Ehtimallara görə məhz həmin yarım saat qarşılıqlı informasiya mübadiləsi o qədər güclü olub ki, bu günədək Hacı Məmmədov MTN təcridxanasında obrazlı desək 7 qıfıl arxasında saxlanılır.

Başqa bir araşdırma tələb edən məsələ isə 2012-ci ilin aprelin 6-da Gəncədə keçirilən antiterror əməliyyatı zamanı terrorçuluqda ittiham olunan şəxslərin qətlə yetirdiyi MTN-in polkovnik – leytenantı Elşad Quliyevin də müəmmalı şəkildə aradan götürülməsi, onun məhz "Qara kəmər” əməliyyatı da daxil 200-ədək xüsusi təyinatlı əməliyyata rəhbərlik etməsinə, çoxsaylı təltiflər və medallar qazanmasına baxmayaraq heç kimin gözləmədiyi halda həlak olmasıdır və ola bilsin o Hacı Məmmədovla Eldar Mahmudov arasındakı hansısa sövdələşmə barədə məlumatlı olduğundan aradan götürülsün. MTN-də hamı Elşad Quliyevi bir vətənpərvər və cəsur əməliyyatçı kimi tanıyıb və bir çox təhlükəli əməliyyatlara rəhbərliyi də məhz o peşəkarlıqla həyata keçirib. Onun ölkə prezidenti Ilham Əliyevlə yaxınlığının olmasını təsdiq edən fotolar da var və bu bir daha mərhum çekistin sıradan bir MTN görəvlisi olmadığını iddia etməyə əsas verir.

Yuxarıda da qeyd olunduğu kimi, Hacı Məmmədov yenidən cəmiyyəıtin və medianın gündəminə daşınmağa hazırlaşır və onun məhkəməsi ola bilsin ki, Eldar Mahmudovun fəaliyyətinin bəzi qaranlıq məqamlarına işıq saldı və hətta o da mümkündür ki, onunla Zakir Nəsirovun yeri dəyişilsin. Amma tezliklə belə bir yerdəyişmənin baş verəcəyini gözləməyə dəyməz. Çünki hələlik Eldar Mahmudovun və onun cinayətkar dəstəsinin quldurluq yolu ilə dövlətdən çırpışdırıb ölkə xaricinə çıxardığı milyardların çətin bir prosedurla geri qaytarılması mərhələsidir. Bu mərhələ başa çatdıqdan sonra növbəti qalmaqallı həbsləri gözləmək olar.

Arqument.Az

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti