|
Dələduzluq ittihamı ilə axtarışda olan sabiq prokuror saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilən Pənah Pənahov həbs edilib.
Qusar Rayon Polis Şöbəsi tərəfindən bu ilin yanvar ayında axtarışa verilən sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qusar RPŞ-dən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Pənah Pənahov əvəllər Quba rayon prokuroru olub.
Qusar rayon məhkəməsinin qərarı ilə P.Pənah barəsində həbs-qətimkan tədbiri seçilib.