|
NASA Yür kürəsinə yaxınlaşan daha bir asteroid barədə məlumat yayıb.
AzNews.az Amerika kosmik agentliyinin saytına istinadən xəbər verir ki, +2013 TX68 asteroidi 30 metrdir və Yerə martın 5-də yaxınlaşacaq.
Məlumata görə, asteroid 2013-cü ilin martında Rusiya Federasiyasının Çelyabinsk vilayəti üzərində partlayan meteoritlə eyni xüsusiyyətlərə malikdir. Martın 5-də +2013 TX68 asteroidi Yer kürəsinə 17 min kilometr məsafədə yaxınlaşacaq. O, planetin yaxınlığından bir də 2017-ci ilin sentyabrında keçəcək. Asteroid 2046 və 2097-ci illərdə də Yer kürəsinə yaxınlaşacaq, amma o zaman onun orbiti planetdən kifayət qədər aralı olacaq.
Xatırladaq ki, Çelyabinsk meteoriti 2013-cü il fevralın 15-də Ural üzərindən keçərək Çebarkul gölünə düşüb. Onun diametrinin 17 metr olduğu ehtimal edilir. Atmosferdəki partlayış və meteorit yağışı nəticəsində 1500-dən çox insan xəsarət alıb. Yaralıların əksəriyyəti şüşələrin sınması nəticəsində xəsarət alıb.