|
Yəməndə Husi qüvvələri Səudiyyə Ərəbistanının Nəcran şəhərini bombalayıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 uşaq ölüb, 9 nəfər isə yaralanıb.
SPA agentliyinin məlumatına görə, üsyançıların atdığı raket yaşayış məntəqəsinə düşdüyündən ölənlərin sayının artacağı istisna olunmur.
Xatırladaq ki, ötən ilin martından Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri Yəməndə əməliyyat keçirir.