|
Rusiyanın Kabildəki səfirliyinə hücum edilib.
İntiharçı minalanmış maşını yanvarın 20-də səfirliyin ətrafında partladıb. Daxili işlər nazirliyinin sözçüsü Najib Danish ölüm halını istisna eləmir. O şəhər üzərində böyük tüstü əmələ gəldiyini xəbər verir. Partlayışdan sonra binada yanğın baş verib. Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib. Adətən bu cür hücumları Taliban törədir.