|
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov barədə Azadlıq.info-ya yeni məlumatlar daxil olub. Qeyd edək ki, Elman Zeynalov bir neçə gün əvvəl rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Daha doğrusu, yayılan məlumatlarda bildirilirdi ki, Elman Zeynalovun xanımı sürücülük vəsiqəsi almaq üçün rüşvət təklif etdiyinə görə barəsində cinayət işi başlanıb.
Məlumatda isə bildirilir ki, Elman Zeynalov Latviyada çeçen kriminal şəbəkəsinin lideri kimi tanınan Beslan Abdulmüslimovla dostdur. Bu dostluğun kökündə biznes maraqları dayanır. Elman Zeynalov Beslan Abdulmüslimova məxsus müəssisədə istehsal olunan kolbasa və konservlərin Azərbaycana idxalını təşkil edir.