Demokratik Qüvvələrin Milli Şurası (MŞ)  ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb.

Sənəddə son vaxtlar ölkənin müxtəlif yerlərində etiraz aksiyalarının səbəbi kimi ərzaq və gündəlik tələbat mallarının hər gün bahalaşması, rəsmi qurumların durumu normal hala gətirmək üçün addım atmaması göstərilir.

Milli Şura “psixoloji təzyiq və təxribatlara baxmayaraq aksiyalar vasitəsilə xalqın haqqı uğrunda mübarizəni dinc şəkildə aparmasını” təqdir edir və bundan sonra da etirazlarını qeyri- zorakı üsul və sivil şəkildə davam etdirməyə çağırır. “Milli Şura hakimiyyəti ağır iqtisadi duruma saldığı insanların keçirdikləri aksiyaları dağıtmağa yox, onları dinləməyə, problemlərini həll etməyə  çağırır.

Siyəzəndə keçirilən etiraz aksiyası zamanı vətəndaşlara qarşı zorakılığa yol verilməsi, saxlanılmış şəxslərdən bəziləri haqda cinayət işi qaldırılması qınanılır. Lənkərandakı aksiyaya görə AXCP  və Müsavat partiyaları rayon şöbələrinin sədrlərinin inzibati həbslərinə etiraz ifadə edilir

Müəlliflər iqtidardan xalqın konstitusion hüquqlarına hörmətlə yanaşmağı, sərbəst toplaşmaya şərait yaratmağı, zorakılıq etməməyi, həbs olunanların azadlığa buraxılmasını tələb edir.

Yanvarın 12-də və 13-də Siyəzən, Ağcabədi, Ağsu, Füzuli və Lənkəranda etiraz aksiyaları keçirilib. Etirazçılar ölkədəki qiymət artımını pisləyib. Hüquq-mühafizə orqanları isə yaydığı bəyanatda bu hadisələrlə əlaqədar 55 nəfərin saxlandığını bildirib, Müsavat və AXCP partiya fəallarını, bəzi radikal və dini ekstremist qüvvələri təşkilatçılıqda ittiham edib.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti