İstanbulun «Sultanəhməd» meydanında özünü partladan «canlı bomba»nın kimliyi məlum olub.
Teleqraf.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı kamikadzenin əvvəl elan edildiyi kimi, qadın olmadığı dəqiqləşdirilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu, Suriya ərazisindən Türkiyəyə daxil olan Nabil Fadlı adlı şəxsdir.
N.Fadlının adı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan terrorçular siyahısında olmayıb. Terrorçu-kamikadze Türkiyədə qaçqın kimi qeydiyyatda olub. Onun İŞİD üzvü olduğu bildirilir.
Bu arada, ölənlərin sayı da artaraq 12-yə çatıb. Onlardan 9-nun Almaniyadan, 2-nin Cənubi Koreyadan olduğu açıqlanıb.