Tanınmış vəkil Aslan İsmayılovu  şair Zəlimxan Yaqubun yas mərasimindən çıxardıblar. Bu barədə Aslan İsmayılov özü məlumat verib.

Teleqraf.az xəbər verir ki, A.İsmayılov aşağıdakıları yazıb: “1989-cu il Azərbaycana gəldiyim ilk günlərdən tanıdığım, rəhmətlik Aşıq Xanlarla çoxlu xoş günlər keçirdiyim, hər hücuma məruz qalanda müdafiəsinə qalxdığım və buna görə də dəfələrlə təhqir olunduğum, ən çətin məqamlarda mənimlə görüşüb problemlərini bölüşən, xalq yaradıcılığının insanlara çatdırılmasında əvəzsiz rolu olan, təpədən dırnağa Azərbaycanlı, dostum Zəlimxan Yaqubu son mənzilə yola salmaq üçün dünən Təzə Pir məscidinə getdim. 

Yaxınlaşdıqda məscidə girişin qadağan olunduğunu bildirdilər. Dostlara zəng edib maraqlandıqda Prezidentin mühafizə xidmətdən yaxınlaşıb keçməyimə icazə verdilər. Məscidə girişdə və ikinci mərtəbədə eyni qaydada salamlaşıb keçməyimə şərait yaratdılar. 

Düzü mərasim zalına keçəndə oradakı mənzərə məni təəccübləndirdi, çünki heç vaxt orada elə düzən olmamışdı. Anladım ki, Prezident gələcək. Dostlarla salamlaşıb əyləşdim. Bir neçə dəqiqədən sonra mənə yaxınlaşıb bayıra çıxmağımı istədilər. Nəyin baş verdiyini tam olmasa da anladığımdan sakitcə otaqdan çıxdım. İçimdə həmin an hansı hisslərin cərəyan etdiyini bir Allah bilir. Foyedə polis generalları, Prezidentin mühafizə xidmətinin əməkdaşları və Hacıbala Abutalıbovu gördüm. Elə oradaca çıxarılmağıma göstərişinin Hacıbala tərəfindən verildiyini dedilər. Sakit hamını baxışlarımla süzüb “bu tərbiyəsizliyə, əxlaqsızlığa da əl atdınız” deyib çıxdım. Bu günə qədər mənə qarşı çox qanunsuzluqlar, zorakılıqlar, təhdidlər olmuşdu, ancaq heç vaxt belə sarsılmamışdım. 

Bu tək, şəxsiyyəti hamıya bəlli olan, Hacıbala Abutalıbovun yox, bu günkü Azərbaycan iqtidarının davranışı idi. Özü də tək mənim şəxsimə yox, bütövlükdə Azərbaycan xalqının mənəvi, əxlaqi dəyərlərinə göstərilən münasibət idi. Bunlarda azacıq da olsa bu xalqın dəyərinə hörməti olsa bilərdilər ki, düşməni belə yas mərasimindən çıxarmırlar. Bu addım mənim üçün hələ də tam anlamadığım, ancaq içimdə hansısa həlledici tellərin qırılması idi. Allah rəhmət eləsin, Şair!” 

 

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti