Ölkə başçısı İlham Əliyev dəfələrlə televiziya ekranları vasitəsi ilə məmurlara səslənmişdir ki, xalqı incitmək olmaz və onların qayğısına qalmaq mənim və mənim timsalımda bütün məmurların borcudur. Əgər hər hansısa bir ölkə vətəndaşı məmur özbaşınalığının, zorakılığının və laqeydliyinin qurbanına çevrilərsə, həmin şəxslər barəsində ciddi addımlar atılacaq, şiddətli şəkildə cəzalandırılacaqdır.

Əlbətki Prezidentin bu və ya digər çıxışları vəzifə başında olan məmurlar üçün bir ismarıc olmaqla yanaşı, 2016-cı ildə onları sərt cəzaların gözləyəcəyinin bir mesajı idi. Çünki vətəndaşların hüquqları Azərbaycan qanunvericiliyinə uyğun şəkildə qorunur. Heç bir məmur xalqa zülm etməməli ona müraciət edən şəxslərə hörmətlə yanaşmalı hətta vəzifə səlahiyyətlərini aşmamalıdır. Lakin bu gün Prezidentin tapşırıq və tövsiyyələrini qulaqardına vuran məmurlar və polis əməkdaşları da az deyil. DYP orqanlarında çalışan şəxslərin özbaşınalıqları və vətəndaşlara qarşı zorakılıqları barədə ölkə mətbuatında demək olarki, hər gün məlumatlar dərc olunmaqdadır. DYP əməkdaşlarının nəyə və kimə bu qədər arxayın olaraq insanlara qarşı zorakılıq və özbaşınalıq etmələri hələ də sual altında qalmaqdadır. General Ramiz Zeynalovun öz tabeliyində olan DYP əməkdaşlarına ciddi xəbərdarlıqların etməməsi, onların bir qismini cəzalandırmaması və özbaşınalıq edən şəxslərin barəsində tədbir görməməsi bu gün DYP işçilərində özünəgüvənliliyi daha da artırıb. Əgər belə olmasaydı DYP sistemində baş verən neqativ hallar ölkə mətbuatının gündəmini zəbt etməzdi. Ötən gün Xalqxeber.Az-ın redaksiyasına müraciət edən Şirvan şəhər 20 Yanvar küçəsi, 26 A, ev 39-da yaşayan Həsənov Anar İlham oğlu DYP əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı başına gələnləri bizə danışıb. Belə ki, Anar Həsənovun sözlərinə görə, ona məxsus Hunday Tucson markalı 99 FE 028 nömrə nişanlı avtomobili ilə 08.01.2016-cı il tarixdə axşam saatlarında Şirvandan Bakı şəhərinə doğru hərəkət edərkən, Navahi DYP Postunun əməkdaşları tərəfindən saxla işarəsi verilib. Anar Həsənov DYP əməkdaşlarının saxla işarəsinə tabe olmaq məqsədi ilə maşını Navahi kəndi ərazisində yolun kənarında saxladığını bildirib. Vətəndaşın sözlərinə görə, O, idarə etdiyi avtomobildən düşməyərək DYP əməkdaşının onun maşınına tərəf yaxınlaşmasını gözləyib. Lakin DYP əməkdaşı sürücünün avtomobilindən düşmədiyini görərək, hirsli şəkildə ona yaxınlaşaraq sən "Bomba oğlansan əəəə" niyə maşından düşmürsən ifadələrini işlədib. Avtomobilin sürücüsü DYP əməkdaşına intizamlı olmasını və onunla mədəni qaydada danışmasını xahiş edib. DYP əməkdaşı isə ona düş aşağı maşının sənədlərini təqdim elə deyib. Şirvan sakini isə DYP əməkdaşına avtomobilindən düşməyəcəyini və maşının yan şüşəsindən sənədlərini təqdim edəcəyini bildirəndə polis nəfəri ona "Sən bomba oğlansanda" guya deyərək, maşının qapısının qapısını zorla açmağa çalışıb. Lakin maşının qapılarının bağlı olduğunu görəndə əsəbləşərək yan şüşəyə yumruq vurmağa başlayıb və qışqıraraq bildirib ki, sən maşından düş gör sənin başına nə oyun açıram. Dəfələrlə avtomobilin yan şüçələrinə yumruq vuran DYP əməkdaşlarının əli qanamağa başlayıb. Gözü dönmüş DYP əməkdaşı əlinin qanının görən zaman nəlayiq söyüşlər söyməyə başlayıb. Anar Həsənovun Xalqxeber.Az-a dediklərinə görə, DYP əməkdaşının onun avtomobilini əzəcəyindən və özünün həyat təhlükəsizliyini qaranti altına almaq məqsədi ilə ərazidən uzaqlaşaraq, hadisənin baş verdiyi ünvanın 3-5 km-liyində yerləşən Navahi DYP Postuna yaxınlaşmışdır. Posta çatdığı zaman maşından düşərək, ona köməkilik göstərilməsini qışqıraraq DYP əməkdaşlarından xahiş etmişdir. Anar Həsənovun bildirdiyinə görə, DYP əməkdaşı posta gələrək onu öldürəcəyi ilə hədələmişdir. Məsələyə DYP postunun rəhbərliyi qarışdıqdan sonra DYP əməkdaşı sakitləşmişdir. DYP postuna Anar Həsənovun valideynləri gəldikdən sonra DYP rəsmisi oradan kənarlaşmağa qərar vermişdir. Lakin DYP postunun rəhbərliyi Anar Həsənovun idarə etdiyi Hunday Tucson markalı avtomobilin yan şüşəsində qan ləkələrini görərək, DYP əməkdaşının özbaşınalığına görə, ondan üzr istəmişlər. Hətta avtomobilin sürücüsünə bildirmişlər ki, xahiş edirik bu barədə heç kimə məlumat verməsinlər. Lakin Anar Həsənov onlara bildirmiş ki, gözünü pul bürümüş DYP əməkdaşı onu yolun kənarında öldürsəydi kim mənim valideynlərimə cavab verəcəkdi. Bu haqsızlığın yerdə qalmayacağını və mən ölkə rəhbərliyinə müraciət edəcəyini bildirmişdir. Anar Həsənov Xalqxeber.Az-a danışarkən DYP əməkdaşının zorakılığına məruz qalan zaman böyük sarsıntı keçirdiyini və dəhşətli dərəcədə qorxduğunu qeyd etmişdir. Hətta bildirmişdir ki, DYP əməkdaşı posta olarkən ona demişdir ki, sən hara şikayət etsən belə mənə heç kim nəsə edə bilməz, çünki mən məhz nazirin qohumuyam.

Şirvan sakini nazir Ramil Usubovun bu məsələyə obyektiv yanaşmasını dilə gətirərək, DYP əməkdaşının onun adından istifadə etməsi barədə ciddi tədbir görəcəyini ümid edir. Anar Həsənov qeyd edir ki, Ramil Usubov cənabları Şirvan şəhərində polis rəisi olan zaman şəhər sakinlərinin qayğısına qalmış onların bütün problemlərinin həlli istiqamətində bir insanlıq borcunu yerinə yetirmişdir. İnanıram ki, cənab nazir DYP əməkdaşı barədə ciddi tədbir görəcək və müqqəsirlər layiqli cəzalarını alacaqlar. Çünki DYP əməkdaşının bu özbaşına əməlləri Hacı Məmmədovu xatırladır. Xalqxeber.Az-a ünvanladığım video görüntülər bütün dediklərimin əyani sübutudur. 

Anar Həsənov - (055) 272-28-28

Xalqxeber.Az

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti