|
Qazax rayonu ərazisində yerləşən “Sınıq Körpü” (“Qırmızı körpü”) keçid məntəqəsində Qarabağ qaziləri ilə gömrük işçiləri arasında mübahisə baş verib.
Teleqraf.az-ın məlumatına görə, bu barədə feysbuk sosial şəbəkəsində Qazax rayon sakinləri yazaraq məlumat veriblər. Bildirilir ki, keçid məntəqəsində kömrük rüsumu ilə bağlı gömrük işçiləri ilə Qarabağ qaziləri arasında qarşıdurma olub. Hadisəyə Qazax rayon polis şöbəsindən 10 nəfərdən çox polis işçisi müdaxilə edərək qaziləri polis idarəsinə aparıblar.