|
Qarabağ Azadlıq Təşkilatı şiə lideri Baqir Nimrinin Səudiyyə Ərəbistanında edam olunması və bununla da islam dünyasında gərginliyin yaranmasını qətiyyətlə pisləyir.
Rəsmi ər-Riyad bu hərəkəti ilə İslam dünyasının birliyinə zərbə vurmuşdur. Hesab edirik ki, bu adddım ər-Riyad rəhbərliyinin öz təşəbbüsü ilə deyil, İslam dünyasının birliyindən, güc mərkəzinə çevrilməsindən çəkinən bəzi beynəlxalq güclərin təhriki ilə atılmışdır. İslam dünyasının parçalanması, qarşıdurmanın yaranması bir sıra ümumi problemlərimizin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mənfi təsir göstərir. Biz hesab edirik ki, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digər nüfuzlu islam dövlətləri öz aralarında konstruktiv müzakirələr aparmalı, çıxış yolunu tapmalı, qarşıdurmanın dərinləşməsinə imkan verməməlidirlər.