|
Gənc fəal Həsənzadə Ülvi Fəzail oğlu Razi Nurullayevin sədri olduğu AXCP-dən istefa verib.
Bu barədə Teleqraf.az-a məlumat verən Ülvi Həsənzadə istefasının səbəbinin partiyanın Fuad Qəhramanlının həbsinə göstərdiyi münasibət olduğunu bildirib: “Hərkəs bilir ki, Fuad Qəhramanlı apardığı siyasi mübarizəyə və sosial şəbəkədə yazdığı statusa görə həbs edilib. Təmsil olunduğum partiyanın isə onu seperatçı adlandırmasının bir başa hakimiyyətin istəyinə uyğun olduğunu hesab edirəm və təmsil olunduğum AXCP-nin Şamaxı rayon şöbəsindən istefa verdiyimi bəyan edirəm. Bundan sonra həqiqi müxalifət partiyaların birinə üzv yazılaraq gerçək fəaliyyətlə məşğul olacam.
Müxalifətin bir cəbhədə birləşməsini arzu edən fəal bildirib ki, “Ölkənin bu çətin durumunda həqiqi müxalifətin birləşərək, bir yerdə mübarizə aparması Azərbaycan xalqının ən çox arzuladığı bir məsələdir. Müxalifət birləşsin ki, bizim kimi gənclər də daha əzmlə meydana çıxaraq mübarizə aparaq.”
Samir