Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfət Səfərov sensasiyalı bəyanat yayıb. Zərdab rayon Prokurorluğunun müstəntiqi olan R.Səfərov bu gün ölkədəki “kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq” vəzifəsindən istefa verdiyini bildirib.

Teleqraf.az xəbər verir ki, keçmiş deputatın oğlu Baş Prokuror Zakir Qaralova ünvanladığı sərt məzmunlu istefa ərizəsinin sürətini “Azpolitika”ya göndərib.

R.Səfərov ərizədə yazır ki, “ölkədə tuğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz əlaməti olaraq”, tutduğu vəzifədən istefa verir. “Addımıma görə xəstə ata və anamla işi olan kəs… nakəsdir!!! Nə işiniz olsa, idrakım hazırdır!!!”, deyə, ərizədə həmçinin xəbərdarlıq edilir.

R.Səfərov Feysbukda paylaşdığı postlarında isə müxalifətə keçdiyini də elan edir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefa verib, müxalifətə keçməsi barədə bugünkü bəyanatına münasibət bildirib. E.Sabiroğlu “AzPolitika.info”ya açıqlamasında oğlunun bu addımından xəbərsiz olduğunu deyib.

“Əlbəttə, mənim üçün məyusedici, ağır vəziyyətdir. Oğlum dözümsüzlük göstərdi. Bunu tam səmimiyyətlə deyirəm: O bu addımı məndən xəbərsiz atıb. Mənə deyirdi ki, yüksək balla prokurorluq orqanlarına işə qəbul olunmasına baxmayaraq, 5 ildir ki, Zərdab rayonundadır. Aşağı bal toplayanların isə il yarım, iki ildən sonra yerləri dəyişdirilib. Burada həqiqət var. Mən özüm də dəfələrlə prokurorluq orqanlarına müraciət etdim, bu gün-sabaha saldılar. Əslində mən Baş Prokurorluqda da bir günah görmürəm. Ramiz Mehdiyev faktoru onları çəkindirirdi. Mən bunu aydın hiss edirdim. Buna görə oğluma qarşı ayrıseçkilik edirdilər”.

E.Sabiroğlu deyib ki, oğlunun belə sərt qərarına son vaxtlar onun özünə qarşı hücumlar təşkil olunmasının da təsiri olub. “İkinci səbəb isə mənimlə bağlıdır. Oğlum özünü təhqir olunmuş hesab edirdi. Məlum yazılarla bağlı məni, ailəmi təhqir etdilər, aşağıladılar. Hətta ermənilərə işləməkdə suçladılar. Bu da gənc adamdır, dözə bilmədi. Lakin gərək belə yol tutmayaydı. Mənim üzərimə yeriyənlərin əlinə əlavə faktlar verməməli idi”.

Tanınmış YAP-çı bildirib ki, oğlunun qərarı onun siyasi mövqeyinə təsir etməyəcək. “Bütün bunlara baxmayaraq, mən yenə də öz mövqeyimdən – Heydər Əliyev və İlham Əliyev siyasətini dəstəkləməkdən geri çəkilmirəm. Oğlumun qərarına görə mənə qarşı yenə də hücumlar və mətbuatda təhqirlər olacaq. Eybi yoxdur…

Mən buradan cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirəm: Cənab Prezident! İndi nə yazsam və nə desəm də, məni qeyri-səmimilikdə ittiham edəcəklər. Ola bilsin ki, Siz də belə düşünəcəksiniz. Çünki oğlumun atdığı düzgün olmayan addım belə düşünməyə əsas verir. Sizi əmin edirəm ki, oğlum məndən xəbərsiz bu addımı atıb. Çox təəssüflənirəm. Ancaq bir sözüm və bir xahişim də var: Düşünən beyinlərin Sizin siyasətinizdən uzaqlaşdırılmasının qarşısını alın”.

 

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti