|
KXCP mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə bu gün KXCP qərargahında KXCP sədri Mirmahmud Mirəlioğlu və AXP sədri Pənah Hüseyn arasında təkbətək görüş olub.
Görüşdən sonra partiya sədrlərinin rəhbərlik etdikləri partiyaların gələcəkdə təşkilati inteqrasiya da daxil olmaqla, sıx əməkdaşlıq etməsi üzrə danışıqlar apardığı və bu məsələlərin həmin təşkilatların kollektiv səlahiyyətli orqanlarının müzakirəsinə çıxarmaq barədə razılığa gəldikləri bildirilib.
Partiya sədrlərinin fikrincə müxalifətə olan siyasi partiyaların birləşməsi prosesi indiki situasiyada aktual problemlərdin biri kimi önə çıxarılmalıdır.