|
Oktyabrın 17-də Milli Təhlükəsizlik naziri postundan azad olunan və həbs xəbərləri yayılan Eldar Mahmudov, gözlənilmədən üzə çıxıb.
Teleqraf.az Haqqın.az-a istinadla məlumat verir ki, keçmiş nazir qudası, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin anasının dəfn mərasiminə qatılıb.
Məlumatda bildirilir ki, E.Mahmudov bütün günü C.Hacıyevlə yanaşı dayanıb, qəbiristanlıqda dəfndə də iştirak edib.
E.Mahmudov çox gərgin görünüb, heç kimlə ünsiyyət qurmamağa çalışıb.
Mərasimdə yüksək vəzifəli məmurların iştirak etmədiyi bildirilir. Eldar Mahmudov vəzifədən qəfil azad olunandan sonra onun barəsində müxtılif məlumatlar yayılmaqda idi. Bəzi mənbələr onun qeyri-rəsmi ev dustaqlığında olduğunu iddia edirdi.
Məlumatlara görə, Eldar Mahmudov hazırda Badamdardakı dəbdəbəli şəxsi iqamətgahında yaşayır.