|
Gələn ilin yaz aylarında Təbrizdə Gəncə mədəniyyəti günləri keçiriləcək. Bu barədə razılıq Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Iranın Şərqi Azərbaycan vilayətinin valisi Ismayıl Cabbarzadənin dünənki görüşündə əldə olunub.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı, Gəncədə təbrizli iş adamlarının istehsal etdiyi məhsulların sərgi-satış mərkəzinin tikilməsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün Azərbaycanda hazırlanaraq Təbrizdə quraşdırılması və başqa məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün Gəncədə Təbriz küçəsinin açılışı olub.
Xatırladaq ki, cari ilin fevral ayında E.Vəliyev Təbrizə səfər etmişdi. Səfər çərçivəsində Iranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri qardaş şəhərlər elan olunmuşdu. (Trend)