|
“Suriya ərazisində Kuba qoşunları yoxdur”.
“Report” xəbər verir ki, bu barədə şənbə günü ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Kuba XİN-i Suriya Ərəb Respublikasında Kuba qoşunlarının olma ehtimalına dair məsuliyyətsiz və əsassız məlumatları təkzib və qətiyyətlə rədd edib”, - deyə xarici siyasət idarəsinin qısa təkzib bəyanatında bildirilir.
Son bir neçə gündə bəzi nəşrlər Kuba qoşunlarının “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına (İŞİD) qarşı mübarizədə Rusiya, İran və başqa dövlətlərə qoşulduğunu yazıb.
Bununla əlaqədar olaraq Kuba XİN-i rəsmi bəyanat vermək məcburiyyətində qalıb.