Oqtay Gülalıyev; “O insanlarla bir təşkilatda olmaqdan qürur duydum”

Qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qeydiyyata alınan və alınmayan deputatlığa namizəd üzvlərinin iştirakı ilə partiya qərargahında müşavirə keçirildi. Müşavirənin keçirilməsinə səbəb seçki prosesinə qatılan şəxslərin iştirakı ilə həm seçkilərlə bağlı mövcud durumu, həm də 01 noyabr parlament seçkilərində KXCP- nin iştirakdan imtina etməsi barədə bir sıra partiya üzvləri və rəhbərlikdə təmsil olunan şəxslərin irəli sürdüyü təklifi müzakirə etmək idi.

Müşavirədə seçki prosesinə qatılan şəxslər imza toplama və təbliğat- təşviqat mərhələsində qarşılaşdıqları çox saylı qanun pozuntularından, hakimiyyətin seçkiyə kobud müdaxiləsindən danışdılar. Çıxışçılar bildirdilər ki, hakimiyyət Azərbaycanda normal seçki keçirmək istəyində və qabiliyyətində deyil, qarşıdan gələn seçkilər də seçki deyil, növbəti imitasiya, təyinatdır. Məhz bu səbəbdən də xalq seçkilərdə iştirakdan imtina edir. Toplantıda çıxış edən deputatlığa namizədliyi qeydiyyata alınmış partiya üzvlərinin böyük əksəriyyəti seçkilərin nəticələrinin saxtalaşdırılacağına heç bir şübhənin olmadığı, nəticələri bəri başdan bəlli olan seçkilərdə bu vəziyyətdə və şərtlər altında partiyanın iştirakının yol verilməz olduğunu bildirərək seçki şousundan imtina edilməsi təklifi ilə çıxış etdilər. Partiyadaşlarımın seçkilərlə bağlı vəziyyəti çox düzgün və obyektiv qiymətləndirərək gəldikləri qənaət çox yerindəydi. Mən onları dinləyərkən Əbülfəz Elçibəyin AXC ilə bağlı dediyi məşhur bir söz yadıma düşdü; “Xalq Cəbhəsi haqqın və xalqın cəbhəsidir”. Mən bir daha əmin oldum ki, cəhbəçi dostlarım haqqın və xalqın yanındadırlar. O insanlarla bir təşkilatda olmaqdan qürur duydum. Əslində bu mövqe son zamanlar KXCP ilə bağlı cəmiyyətdə müzakirələrə yol açmış bəzi anlaşımazlıqlara, suallara verilən ən gözəl cavabdır. Hər bir təşkilatın fərqli mübarizə taktikası ola bilər. Önəmlisi təşkilatın və həmin təşkilatda cəmləşən insanların getdikləri yola sadiq olmalarıdır. KXCP yoluna, mübarizəsinə, Elçibəy ideyalarına sadiq təşkilatdır. Mən buna bir daha əmin oldum. Hər kəs də əmin olsun!



Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti