|
Qətərin Beynəlxalq Bankı Türkiyənin ən böyük maliyyə bankı olan “Finansbank”ı almaq üçün danışıqlara başlayıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Qətərin Beynəlxalq Bankının yaydığı açıqlamada deyilir.
Məlumata görə, hazırda Türkiyə və Qətər bankları arasında satış qiymətləri ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Qətərin Beynəlxalq Bankı bu ölkənin şeyxinə məxsusdur.