|
Türkiyənin paytaxtı Ankarada baş verən iki partlayış səbəbindən ölənlərin sayı artmağa başlayıb.
Türkiyənin Səhiyyə Nazirliyi ölənlərin sayı barədə açıqlama verib.
Nazirlik ölü sayının 86 nəfərə, xəsarət alanların isə 186 nəfərə çatdığını bildirib.
Eyni zamanda yaralıların 18-i təcili əməliyyat olunub, 28 vətəndaşın vəziyyəti isə ağır olaraq qalır.